Rusiya federal mediası AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı ilkin hesabatın işıqlandırılmasını minimuma endirib, mümkün hava hücumundan müdafiə zərbəsini yazmaqdan yayınıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb.
Birinci kanal” mövzuya 1 dəqiqə 20 saniyə ayıraraq, təyyarənin “texniki problemləri”nə diqqət yetirib. “Rusiya 1” özünü 42 saniyə ilə məhdudlaşdıraraq ehtiyatla “xarici təsir”i qeyd edib, lakin ekipajın marşrutu (Aktauya istiqamətlənməsini – red.) özünün seçdiyini vurğulayıb.
TASS qəzanın vaxtı və təyyarənin texniki xüsusiyyətləri barədə danışmağa üstünlük verib, ancaq gövdəyə dəyən ziyanı qısaca qeyd edib.
RT, “Readovka”, “İnterfaks” və “RİA Novosti” nəşrləri saxta xəbər yayıb ki, guya dispetçerlər ekipajı Qroznıda “xalça” planının tətbiqi ilə bağlı xəbərdar ediblər. Lakin hesabat sübut edir ki, zərbədən və texniki problemlər yarandıqdan sonra dispetçer əlaqə saxlayıb. Oxşar taktikadan “Sputnik Azərbaycan” da istifadə edib, o, diqqəti başqa yerə yönəldib və rus hekayəsi ilə oynayaraq ictimaiyyəti çaşdırmağa çalışıb.
- Ərdoğan Rüstəm Behrudinin şeirini oxudu - Video
- Mehdiyevdən sonra iki böyük vəzifəli şəxs həbs olunacaq
- Leyla Əliyeva Şamaxı sakinlərinin qonağı oldu - Video
- Gizir Xanıya şəhidlik statusu verildi
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür