Muxtar Babayevin Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi təyin olunması ilə Azərbaycan Prezidentinin nümayəndələrinin sayı 10-a çatıb.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, 10 xüsusi nümayəndənin ikisi xüsusi tapşırıqlar üzrə nümayəndə statusu daşıyır: Elçin Əmirbəyov və Xələf Xələfov.
Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi kimi fəaliyyət göstərir.
Prezidentin xüsusi nümayəndələri işğaldan azad edilmiş ərazilərdə də mövcuddur: Şuşa rayonunda Aydın Kərimov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Emin Hüseynov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Elçin Yusubov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Vahid Hacıyev və Laçın rayonunda Məsim Məmmədov, Kəlbəcər rayonunda Bəşir Hacıyev.
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi