Biz bunu dəfələrlə, hər yerdə demişik: Bütün fəaliyyət azadlığı və senzuranın olmamasına baxmayaraq, media - mənə elə gəlir ki, bu region xalqlarının artıq yaşadıqları ağrı və kədəri nəzərə alaraq - məsuliyyətlə davranmalı, vəziyyətin sülh yolu ilə nizamlanmasının lehinə işləməli, sülh yolu ilə nizamlanmanın qarşısını almağa çalışmamalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova erməni jurnalistin sualına cavab olaraq deyib.
“Mən çox yaxşı başa düşürəm və bizim özümüzü də bəzən tənqid edirlər ki, Rusiya KİV-ləri öz nöqteyi-nəzərini və ya ekspertlərin fikirlərini yayımlayır və ya təqdim edir – halbuki bu fikirləri ölkə və cəmiyyət bölüşmür. Biz hər zaman kütləvi informasiya vasitələrimizi münaqişə potensialı ilə dolu olan xüsusilə həssas məsələlərə məsuliyyətlə yanaşmağa çağırırıq. Və qeyd etdiyiniz bu vəziyyətdə mən həm mövqeyimizi, həm də çağırışımızı bir daha təsdiqləyirəm”, - Zaxarova bildirib.
Qeyd edək ki, erməni jurnalist Zəngəzurun və digər ərazilərin 1920-ci ildə Ermənistana verildiyini xatırladan və bunu heç vaxt unutmayacağını bildirən Azərbaycan mediası və siyasi elitanın çıxışlarını Zəngəzura və ümumiyyətlə Ermənistana ərazi iddiası kimi qəbul edərək, buna Rusiyanın mövqeyini öyrənməyə çalışıb. Zaxarova isə erməni jurnalistin “arzuladığı” cavabı vermir.
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi