Azərbaycan İranla Rusiyanın yaxınlaşmasından narahatdır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın “Stratfor” kəşfiyyat və analitik mərkəzinin Avrasiya məsələləri üzrə analitiki Metyu Orr deyib.
“Bu faktor Azərbaycan hökumətini başa salır ki, bu ölkələrdən asılı olmamaq üçün sabitliyi pozmamaq, əksinə, regionda mövcud balansı saxlamaq daha yaxşıdır. Rusiya ilə İran arasında əməkdaşlığın artması Azərbaycan üçün müəyyən risklər yaradır. Hesab edirəm ki, bu, Bakı üçün oyanış zəngidir”, - Orr bildirib.
Ekspert bununla yanaşı, İsrailin İrana zərbə endirməsini mümkün hesab edib:
“İsrail artıq son bir ildə İrana zərbələr endirib və ölkənin hava və raketdən müdafiə sistemlərinin zəif olduğuna dair sübutlar var. Belə olan halda İsrail düşünə bilər ki, indi İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün zərbə vurmağın zamanıdır. Üstəlik, hazırkı İsrail rəhbərliyi Tramp administrasiyasının bu məsələdə Təl-Əvivin istəklərinə qarşı daha az meyilli olacağına inanır. Tramp administrasiyası bu cür zərbələrin əleyhinədir, regionda sabitliyin pozulmasına qarşıdır, lakin israillilər amerikalıların çox da müdaxilə etməyəcəyinə arxalana bilərlər”.
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi