Zəngəzur dəhlizi mövzusu Ermənistan tərəfində geniş müzakirə edilir. Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbləri bəllidir. Rəsmi İrəvan bu təzyiqlər fonunda müxtəlif ortaq variantlar təklif edir.
BUTA.TV xəbər verir ki, bu sözləri Teleqraf-a Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Sabiq nazir bildirib ki, indiki mərhələdə dəhlizlə bağlı səslənən fikirləri sonuncu təklif kimi qəbul etmək olmaz:
“Çünki digər mövzulara aid mövqelər dəyişməyib. Əslində Ermənistan da böyük oyunçuların oyununun nə ilə nəticələnəcəyini gözləyir. ABŞ-Rusiya, ABŞ-İran istiqamətində hansı proseslərin gedəcəyi hələ məlum deyil”.
Tofiq Zülfüqarova görə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqələr yaradılarsa, Ermənistan da bundan bəhrələnə bilər:
“Söhbət Naxçıvana gedəcək dəmir yolu xəttindən istifadədən gedir. Ermənistan da Naxçıvan ərazisindən keçən dəmir yolu xəttindən istifadə edə bilər. Mehridən Naxçıvana qədər dəmir yolu şəbəkəsi bunun üçün optimal variant kimi təklif olunur. Burada paralellik aparmaq düzgün olmaz. Çünki Naxçıvan fərqli bir vəziyyətdədir. Sözsüz ki, dəhlizin hansı variantla açılması ilə bağlı danışıqlar bundan sonra da davam edəcək. Yekun qərara hələ çox var”.
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan yük qatarları üçün "maneəsiz keçid" (möhürlənmiş yüklərin baxılmadan keçməsi) təklif edə biləcəklərini dilə gətirib.
- Zəngilanda yarmarka təşkil olundu - Video
- Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərildi
- “Azerconnect Group” İçərişəhərdə süni intellekt əsaslı həllər tətbiq edəcək
- Azərbaycanda qadın evində baltalanaraq öldürüldü
- Bakıda 66 yaşlı kişi dənizdə boğuldu
- “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
- Milli Məclis Prezident və xanımını təbrik etdi
- DYP məzunlara və valideynlərə müraciət etdi