ABŞ və Rusiya nümayəndələrinin Ər-Riyad görüşü başlanılıb. Dünya siyasətində perspektivləri müəyyənləşdirməyin və dağıdıcı-birləşdirici proseslərin başlanğıcı ola biləcək görüş Ukraynada müharibənin dayandırılmasına həsr olunsa da, gündəlik bununla yekunlaşmır.
Nümayəndə heyətlərinin tərkibi də – ABŞ-dan Dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə köməkçisi Mayk Volts və Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Uitkof, Rusiyadan xarici işlər naziri Sergey Lavrov, Putinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev – bu kontekstdə diqqət çəkir. Gündəlikdə Ukrayna ilə yanaşı, Yaxın Şərq də daxil olmaqla, bir sıra coğrafiyalarda baş verənlər, eləcə də iqtisadi məsələlər və s. var.
Ukrayna müharibəsinin dayandırılması və bu ölkə üzərindəki mövqelərin-maraqların bölüşdürülməsi hər iki tərəf üçün ümumi razılaşmada bir-birinə qarşı istifadə edəcəyi kart kimi də görünür, xüsusilə ABŞ-ın Rusiyaya qarşı bundan istifadə imkanları genişdir.
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi
- Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN
- Prezident qurultay iştirakçılarına müraciət ünvanladı