Makron bu yaxınlarda yenə dedi ki, Ukraynanı müdafiə edəcəklər – yəqin ki, bizi müdafiə etdikləri kimi. Şolts, Starmer, Bayden, Blinken, Leyen və Hollivud ulduzları hər gün Zelenskiyə baş çəkirdilər. Bütün media orqanları Zelenskini dünyaya Rusiyaya qarşı qəhrəman kimi təqdim etdilər. Qərbə Ukrayna rusları zəiflətmək üçün lazım idi. Və bütün bunlardan sonra Zelenskini danışıqlar masasına belə dəvət etmədilər. Bir milyondan çox itkidən sonra Ukrayna hətta danışıqlara da dəvət olunmadı, başqa sözlə, atıldı. Biz Ukraynanın beş faizi də deyilik.
BUTA.TV xəbər verir ki, bu sözləri ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan erməni mediasına açıqlamasında deyib.
“Biz onların prioritetlərinin dördüncü və ya beşinci xəttindəyik. Bu hakimiyyət daim yalan danışır, amma Əliyev həmişə həqiqətləri deyir. Ola bilsin ki, tezliklə Əliyevdən öyrənəcəyik ki, Zəngəzur dəhlizi ilə bağlı artıq saziş imzalanıb”, - politoloq qeyd edib.
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi