Rusiya dövlət rəsmiləri (prezident, xarici işlər naziri və s.) istənilən ölkəyə, şəhərə yerli istehsal olan təyyarələrlə səfər edirlər. Əsasən “İL-76″ təyyarələri istismar edilir. Bunlar xüsusi hazırlanmış təyyarələrdir. Amma mülki aviasiyada “Aeroflot” və özəl aviaşirkətlər “Boinq” və “Airbas” təyyarələrini istifadə edirlər.
Niyə Rusiya ən azından daxili bazar üçün “TU”, “İL” markaları altında kütləvi təyyarə istehsal etmir?
BUTA.TV xəbər verir ki, AZAL-ın sabiq prezidenti Ədalət Əliyev Globalinfo.az-a açıqlamasında artıq uzun müddətdir “İL-76” təyyarələrinin istehsal olunmadığını bildirib.
Onun sözlərinə görə, bir müddətdir ki, artıq “TU-154” və “TU-134” təyyarələrinin də istehsalını dayandırılıblar:
“Beynəlxalq Mülki Aviasiya Təşkilatı yanacaq tullantılarının və səsin azaldılması istiqamətində çox ciddi işlər aparırlar. Məsələn, “TU-154” və “Boinq-757” təyyarəsini müqayisə edək. Deməli, “TU-154” birinci saatda 7 ton yanacaq işlədir, “Boinq-757” isə 3300 litr. Digər tərəfdən də səs məsələsi var. Belə ki, “TU” markalarının səsi çox güclü olur. Hətta səs sərnişinləri narahat edir. “Boinq”lərin motorları zəif olduğu üçün səs demək olar ki, hiss edilmir. “Airbas”la “Boinq”in iqtisadi, ekoloji göstəriciləri eynidir. Bəzən “Airbas” “Boinq”i üstələyir. Ona görə də “İL” və “TU” təyyarələri əlverişli deyil”.
Ədalət Əliyev deyib ki, hətta Avropa hava limanları “TU” markalı təyyarələri səsinə görə qəbul etmirlər.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin xarici səfərlərə xüsusi istehsal edilmiş təyyarə ilə uçur. Əsas prezident təyyarəsi dörd mühərrikli, uzun mənzilli, geniş gövdəli, yüksək modifikasiyalı İl-96-dır. Prezidentin təyyarə parkına həmçinin İlyushin İl-62, Tupolev Tu-154 və Sukhoi Superjet 100 təyyarələri daxildir.
Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov Ankaraya İL-96 təyyarəsi ilə uçmuşdu.
- 26 yaşlı oğlan kafedə qətlə yetirildi
- Müştəri taksidə qarət edildi: 120 minlik oğurluq - Foto
- "Veysəloğlu" AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda...
- Azərbaycan XİN Rusiyanı təbrik etdi
- Sosşəbəkədə yaş məhdudiyyəti: uşaqlar “aldada” biləcək?
- Azərbaycanda duru yağlar qazanda niyə tez “buxarlanır”?
- “O xəbəri alanda bütün qonşulara 20 manatdan pul payladım” - Videomüsahibə
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar