“Forbes” jurnalının rus versiyası Rusiya daşınmaz “əmlak “kralları”nın 2024-cü ilin nəticələrinə əsasən yeni reytinqini dərc edib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, siyahıya daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən iş adamları daxil edilib və ona Azərbaycan əsilli sahibkarlar başçılıq edirlər.
İlk onluq belədir:
Qod Nisanov
Zaxar İliyev
Qod Nisanov və Zaxar İliyevin "Kievskaya ploşad" şirkətinin illik icarə gəliri 2 milyard dollardır;
Samvel Karapetyan - “Taşir” (685 milyon dollar);
Sait-Salam Qutseriyevin “Safmar” şirkəti (490 milyon dollar);
Tara ailəsinin “Enka” şirkəti (335 milyon dollar);
Aleksandr Klyaçinin “Gleden İnvest Qrupu” (315 milyon dollar);
Pavel Vaşşenko və Valeri Mixaylovun “Riverstretch Trading & Investments” şirkəti (295 milyon dollar);
Araz Ağalarovun “Crocus Group” şirkəti (245 milyon dollar);
Vladimir və Feliks Yevtuşenkovun “AFK Sistema” (240 milyon dollar).
İliyev və Nisanovun şirkətinin 2 milyon 591 min kvadratmetr kommersiya daşınmaz əmlakı var. Bu həcmə 148 min kvadratmetr ofis sahəsi, 320 min kvadratmetr anbar sahəsi, 1550 nömrəli otel, 1 milyon 39 min kvadratmetr sahəsi olan “Food City” ticarət mərkəzi və 180 min kvadratmetr sahəsi olan ticarət mərkəzi daxildir.
2024-cü ildə "Kievskaya ploşad" Lubyankadakı mərkəzi uşaq mağazasını “Gals-Development” strukturlarından alıb. "Detsky Mir"-in sahəsi 74 min kvadratmetrdir və əməliyyat 10-20 milyard rubl qiymətləndirilir.
- Azərbaycanda duru yağlar qazanda niyə tez “buxarlanır”?
- “O xəbəri alanda bütün qonşulara 20 manatdan pul payladım” - Videomüsahibə
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar