Meyxanaçı İntiqam Rüstəmov həmkarı Pərviz Bülbülə haqqında qalmaqallı açıqlama verib.
BUTA.TV xəbər verir ki, bu barədə o, "Qonaqcanlı"da danışıb. İntiqam deyib ki, Pərvizlə münasibəti yaxşı olsa da, onun meyxanaya musiqini qoşması ilə razılaşmır:
"Pərviz Bülbüləylə aram yaxşıdır. Lakin meyxananın "zay"ını çıxaranlardan biri o, oldu. Musiqili meyxanaya başladı, meyxanaya musiqini qoşdular. Hansı toyda musiqili meyxana istəyirlərsə, deyirlər, Pərviz gətirdi bunu. Musiqili meyxana nədir? Avazla meyxana demək olar. Meyxana üçün Pərvizin avazı gözəldir. Bu, mahnı deyil ki...
Mahnı oxuyan meyxanaçılardan ikisinə - Namiq Qaraçuxurlu ilə Vasif Əzimova qulaq asıram. Onların səsi mənə şirin gəlir. Pərvizlə Orxan Lökbatanlı meyxanadan çəkildi, Allah Rəşadın qapısını açsın, Vüqar Biləcəri də rəhmətə getdi. Peşəkar meyxana deyənlər azaldıqca, meyxana zəifləməyə başlayır". (Bizim.Media)
- Ümid edirik ki, qazla bağlı Bakı ilə razılaşacağıq - Kobaxidze
- Mais Bərxudarov görün kimlərlə görüşdü - Foto
- İlham Əliyev dövründə ən böyük amnistiya aktları...
- Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır
- Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi
- Azərbaycanlı senator axtarışa verildi
- Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır
- Milli Məclis bu memorandumu ratifikasiya etdi