Hazırda bizim KİV-lər 1978-ci il xəritələrinin “əsas götürüldüyü” barədə erməni dezinformasiyasını yayır.
BUTA.TV xəbər verir ki, bu fikirləri politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov qeyd edib.
O, media nümayəndərinə bu məsələdə diqqətli olmağı tövsiyə edib:
“Yenə də Azərbaycanın bütün KİV-ləri Ermənistan mediasının delimitasiya və demarkasiya prosesinin gedişi, eləcə də sülh çərçivə sazişi mətninin layihəsi üzrə təkliflərin mübadiləsi ilə bağlı məlumatlarını müzakirə edir.
Aydın məsələdir ki, Ermənistan informasiya siyasətini informasiya müharibəsi qaydalarına uyğun şəkildə qurur və xəbərləri öz maraqlarına uyğun formada təqdim edir.
Bizim “mətbuat komandirlərimiz” isə ya məsuliyyətdən qorxduqları, ya da qeyri-peşəkarlıqları səbəbindən hələ də “sirli bir atmosfer” yaratmağa çalışırlar. Halbuki bu yanaşma tamamilə uğursuz görünür.
P.S. Hazırda bizim KİV-lər 1978-ci il xəritələrinin “əsas götürüldüyü” barədə erməni dezinformasiyasını yayır...
P.P.S. …Ey, ayılın artıq!”
- Azərbaycanda duru yağlar qazanda niyə tez “buxarlanır”?
- “O xəbəri alanda bütün qonşulara 20 manatdan pul payladım” - Videomüsahibə
- Dünya Çempionatında - “Qırmızı rekord” - Fotolar
- Dünyanın ilk trilyonçusu oldu
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar