Latviya Seyminin azərbaycanlı deputatı Amil Səlimov parlamentdə çıxışı zamanı öz milli kimliyi ilə fəxr etdiyini bildirib.
BUTA.TV xəbər verir ki, onun çıxışı sosial şəbəkələrdə geniş yayılıb.
Deputat vurğulayıb ki, Azərbaycan və türk dillərini bilməklə qürur duyur və bu biliklərindən istifadə etmək istəyir.
Millət vəkili “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” sözlərini Azərbaycan dilində deyib, daha sonra dövlət dilinə bu sözləri tərcümə edib:
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
“Bəs indi mən nə etməliyəm? Tutaq ki, bizə Azərbaycan və ya Türkiyənin səfiri gəlsə, onlarla onların dilində danışmamalıyam? Mən bacarıram. Mən həm türk, həm də Azərbaycan dilində danışa bilirəm, bununla qürur duyuram. Bu dilləri bilmək lazımdır, geniş yayılmış dillərdir. Öz biliklərimdən istifadə etmək istəyirəm. İndi valideynlərim mənə zəng etsə, onlarla Azərbaycan dilində danışmayım? Təşəkkür edirəm!”
Qeyd edək ki, Amil Səlimovun bu çıxışına səbəb millətçilərin “parlament binasında yalnız latışca danımaqla” bağlı təklifləri olub.
Bununla bağlı Amil Səlimov öz social şəbəkə hesabında da yazıb. O bildirib ki, bu, demokratiya prinsiplərinə uyğun gəlməyən bir təklifdir:
“Latış dilini bilməyənlər mənə zəng edəndə parlamentdən qaçmağı düşünmürəm. Və mən öz identikliyimə xəyanət etməyəcəyəm!”
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?