Martın 10-da potensial təhlükəsizlik təhdidi səbəbindən Mumbaydan Nyu Yorka uçan Hindistan Hava Yollarına məxsus təyayrə geri qayıtmağa məcbur olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms of İndia” məlumat yayıb.
Məlumata görə, “Boinq 777” təyyarəsi 30 000 fut hündürlükdə Azərbaycan üzərindən keçərkən istiqamətini dəyişərək Mumbay hava limanına qayıdıb. İçərisində 303 sərnişin və 19 ekipaj üzvü olan təyyarə səhər saat 10.25-də (Bakı vaxtı ilə 07:55) təhlükəsiz şəkildə Mumbaya enib.
“10 mart 2025-ci il tarixində Mumbay-Nyu York (JFK) reysi ilə uçan Aİ119 reysi. Lazımi protokollara əməl edildikdən sonra təyyarədə olanların təhlükəsizliyi baxımından reys Mumbaya qayıdıb”, - şirkətin yaydığı açıqlamada bildirilib.
Aviaşirkətdən bildirilib ki, uçuş martın 11-i səhər saat 5-də (Bakı vaxtı ilə 02:30) yerinə yetiriləcək və bütün sərnişinlər o vaxta qədər oteldə yerləşmə, yemək və digər yardımlarla təmin olunublar.
Təyyarənin geri qayıtmasına səbəbin konkret nə ilə bağlı olduğu açıqlanmayıb.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər