Ermənistan hərbi baxımdan bizdən qat-qat zəifdir və onlar bizi məğlub etmək iqtidarında deyillər.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Tofiq Zülfiqarov Ermənistanın müharibə planını şərh edərkən deyib.
Politoloq bildirib ki, Ermənistan müharibə deyil, hərbi təxribata əl ata bilər:
“Ermənistan mövzusu Tramp dövründə öz əhəmiyyətini itirib və maraq dairəsindən çıxıb. Bu marağı cəlb etmək üçün Ermənistan həmişəki kimi hansısa təxribata əl ata bilər.
Bilirsiniz ki, qapalı iclasda Baş nazir Paşinyan müharibə ilə əlaqədar çağırışlar edib. Bu baxımdan hərbi təxribat törədəcəklərini istisna etmirəm. Necə ki, 2016, 2019, 2020-ci illərdə hərbi təxribatlara əl atmışdılar. Elə hərbi əməliyyatlar da bu təxribatlardan sonra başladı.
Təbii ki, bu, mənim baxışımdır. İnanıram ki, Azərbaycanda xüsusi orqanlar bu məlumatı diqqətdə saxlayır və onların bu barədə səhih bilgiləri var”.
Zülfiqarov əlavə edib ki, Azərbaycan davamlı sülhün tərəfdarıdır:
“Azərbaycan istəyir ki, Ermənistan şərtlərə əməl etsin. Unutmayaq ki, işğal siyasətinin təkcə hərbi yox, ideoloji, iqtisadi və digər qalıqları var ki, Ermənistan bunları aradan götürmək niyyətində deyil.
Sülh prosesi də buna görə böhrandadır. Sülh davamlı olmalıdır və Ermənistan hər sahədə, o cümlədən hüquqi müstəvidə ərazi iddialarından əl çəkməlidir. Ermənistanın isə yüksək səviyyəli hüquqi sənədlərində ərazi iddiaları qalmaqdadır. Bu qəbuledilməzdir və biz bu şəraitdə sülhə nail ola bilməyəcəyik”.
Qeyd edək ki, dünən Ermənistanın apreldə Azərbaycanla müharibə etməyə hazırlaşdığına dair məlumat yayılıb.
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?
- Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi