Azərbaycan tərəfi 2023-cü il sentyabrın 19-da Qarabağda əməliyyatların keçiriləcəyi ilə bağlı Rusiyaya məlumat verib. Sülhməramlıların əməliyyatdan xəbərləri olub, lakin onlar susublar və ermənilərə xəbərdarlıq etməyiblər.
BUTA.TV Globalinfo.az-a istindala xəbər verir ki, bunu erməni jurnalist Tatul Akopyan yazıb.
Onun sözlərinə görə, nə sülhməramlılar, nə də Kremldən kimsə Qarabağdakı separatçılara məlumat verib:
“Doğrudur, “artsax hakimiyyəti” Azərbaycan qoşunlarının “cəbhə xətti” boyu toplanmasını müşahidə edib, lakin əməliyyatın nə zaman olacağını bilməyiblər. Sadəcə sentyabrın 19-u səhər saatlarında ailəsi Stepanakertdə (Xankəndi – red.) yaşayan Gümrüdəki 102-ci bazanın zabitlərindən biri “prezident ofisi” ilə əlaqə saxlayıb. O, həmin gün hücumun olacağına dair xəbərdarlıq edib. Məlumatı öyrənən Samvel Şahramanyan Rusiya sülhməramlılarının Şuşa istiqamətində yerləşən qərargahına gedib və məlumatı təsdiqləyib. Yalnız bundan sonra ərazidə həyəcan siqnalı verilib.
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
Hətta Gümrüdə xidmət edən zabitin Qarabağda baş verəcəklərdən xəbərdar olması, lakin “artsaxdakıların” bilməməsi belə adamı dəli edir. Yəni əgər bu xəbərdarlıq olmasaydı, sülhməramlılar sona qədər susacaqdılar. Xatırlayırsınızsa, Azərbaycan rəsmi səviyyədə dəfələrlə əməliyyatların olacağı ilə bağlı Moskvaya məlumat verildiyini açıqlamışdı. Amma Rusiya bunu inadla təkzib edirdi”.
Qeyd edək ki, rəsmi Bakı antiterror əməliyyatlarının keçiriləcəyi ilə bağlı Qarabağdakı Rusiya sülhməramlılarına öncədən məlumat verildiyini elan edib. Hətta sülhməramlılara döyüşlər zamanı qərargahlarından uzaqlaşmamaları tapşırılsa da, bir neçə əsgər buna əməl etməyib.
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?