Braziliya Azərbaycan və Ermənistanın sülh sazişinin mətni üzrə razılığa gəlməsini alqışlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
“Braziliya hökuməti Ermənistan və Azərbaycan hökumətlərinin ölkələr arasında sülhü bərpa edəcək və ikitərəfli münasibətləri normallaşdıracaq saziş üzrə danışıqları başa çatdırdıqlarını elan etməsini alqışlayıb.
Braziliya tərəfləri davamlı və dayanıqlı sülhə aparan yol kimi diplomatiya və dialoqa üstünlük verməyə davam etməyə çağırır və bu prosesin mümkün qədər tez başa çatacağına ümid etdiyini bildirir”, – sənəddə qeyd olunub.
Xatırladaq ki, daha əvvəl bir neçə ölkənin rəsmiləri Bakı və İrəvan arasında sülh sazişi layihəsinin mətni üzrə danışıqların yekunlaşmasını alqışlamışdılar.
Qeyd edək ki, ötən gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətni üzrə danışıqlar prosesinin yekunlaşdığını açıqlayıb.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər