Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mətni ilə bağlı əldə edilən razılaşma barədə niyə əvvəlcə yaxın dostu Fransa Prezidenti Emmanuel Makronu deyil, ara-sıra tənqid etdiyi ölkənin – Rusiyanın Prezidenti Vladimir Putini telefonla məlumatlandırmağa qərar verib?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Paşinyanın Putinə zəngi barədə qeyd edib.
“Hiyləgər gedişdir. Birincisi, Paşinyan Rusiyanın Ukrayna müharibəsindən sonrakı planlarından narahatdır. Ona görə də o, Putinlə münasibətləri istiləşdirməyə çalışır. Ermənistanın baş nazirinin Rusiya prezidentinin dəvətini qəbul edərək mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirakını təsdiq etməsi də bununla bağlıdır.
İkincisi, Nikol Paşinyan telefon zəngi məsələsində Azərbaycan Prezidenti İlham Əliyevi qabaqlamaq istəyib. Məsələ burasındadır ki, Azərbaycanın sərnişin təyyarəsinin qəzası ilə bağlı Moskva Bakının istəklərini hələ yerinə yetirməyib. Belə olan halda İlham Əliyevin rusiyalı həmkarına zəng edib Kreml sahibini İrəvanla əldə edilən razılaşma barədə məlumatlandırması problematikdir. Ancaq bu zənglər Paşinyana xüsusi üstünlük qazandırmır. Sülh sazişinin imzalanması birinci növbədə Paşinyana lazımdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə başlaya bilsin.
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
Ancaq onun atacağı daha iki addım var. O, Konstitusiyada zəruri dəyişiklik etməli və Zəngəzur dəhlizinin açılmasını ləngitməməlidir”.
- Bu, qardaş özbək xalqından çox böyük hədiyyədir - Prezident
- Liderlər akvariumdakı balıqları seyr etdi - Video
- 1276-cı gün: Rusiyanın itkiləri yeniləndi
- Bu yol Zəngəzur dəhlizinin açarı olacaq - Uraloğlu
- Zəngəzurla bağlı mühüm layihəsinin təməli atıldı
- Azərbaycan və Rusiya rəsmiləri bu şəhərdə görüşəcək
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?