Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib.
BUTA.TV xəbər verir ki, bu barədə İctimai TV-nin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, təqsirləndirilən şəxs Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub.
Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlı sahəsi, 3105-ci məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına gəlməlidir.
Vurğulanıb ki, Qabil Məmmədov cinayət məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilir.
O, 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29 597 manat pul alıb.
Həmçinin Qabil Məmmədov sosial media hesablarından açıq terrorçuluğa çağırışlar edib.
- Qafan–İrəvan yolunda Azərbaycan bayrağı - Video
- Türkiyə Gültəkin Hacıbəyli ilə bağlı qərarını verdi
- Tibb müəssisələrində əlavə ödəniş tələbi ilə bağlı tapşırıq
- Ermənistan sülhlə bağlı səmimi görünmür
- AB iki Azərbaycan vətəndaşına sanksiya tətbiq etdi
- Vətən müharibəsi zamanı Türkiyəni bunda ittiham edirdilər
- Vaxt bitdi: Gültəkin Hacıbəyli deport edilmir?
- Azərbaycanla sərhəddə döyüş hazırlığı - Papikyan elan etdi