2015-ci ilin iyun ayında məni qondarma rejimin “müdafiə naziri” - “ordu”nun “komandanı” vəzifəsinə Ermənistanın ovaxtkı prezidenti Serj Sərkisyan təyin edib.
BUTA.TV xəbər verir ki, bunu martın 17-ə Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Lyova Mnatsakanyan bildirib.
O qeyd edib ki, əvvəlcə Ermənistanın müdafiə naziri Seyran Ohanyan onun bu “vəzifə”yə “təyin olunması” barədə təqdimat verib, S.Sərkisyan isə onu təsdiqləyib.
Mnatsakanyanın sözlərinə görə, S.Sarkisyan təyinatla bağlı onu qəbul edib.
“Görüş zamanı mənə dedi ki, bu, çox önəmli vəzifədir”, - təqsirləndirilən şəxs əlavə edib.
Xatırladaq ki, 2015-ci ildə qondarma rejimin yaydığı “rəsmi məlumat”a görə, Lyova Mnatsakanyanı “müdafiə naziri” “vəzifə”sinə guya ovaxtkı “prezident” Bako Saakyan təyin edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər