Cəmi bir həftə əvvəl AB missiyasının rəhbəri və “dürbin diplomatiyası” ustası Markus Ritter erməni jurnalistlərə işinin “çətin şərtlərindən” şikayət edib. “Azərbaycanlılar bizi nəinki öz tərəflərindən lentə alırlar, hətta bəzən qışqırırlar” deyə Ritter gileylənib. O, təbii ki, ifadəsini təsdiq edəcək heç bir sübut təqdim etməyib. Bu, yeri gəlmişkən, təbiidir. Ritter şərti Ermənistan-Azərbaycan sərhədinə heç də həqiqəti dünyaya çatdırmaq üçün getməyib. Onun funksiyası tamam başqadır - Ermənistan tərəfdən təxribat xarakterli heç nəyi, o cümlədən Azərbaycan mövqelərinin atəşə tutulmasını “görməmək”. O “xatırlamır” ki, Avropa Birliyinin məhz bu missiyasının sərhəddə olması Azərbaycanla razılaşdırılmayıb. Onun özünəməxsus eşitmə qabiliyyəti və görmə ilə bağlı böyük problemləri var.
BUTA.TV xəbər verir ki, bu barədə Caliber.az-ın yaydığı məqalədə bildirilib.
Sayt qeyd edib ki, redaksiyasında Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə olan nümayəndələrinin nizamnaməyə uyğun deyil, yumşaq desək, özlərini necə apardığını göstərən təkzibolunmaz sübutlar, o cümlədən foto və video görüntülər var:
“Erməni hərbçilərdən biri nalayiq ifadələr işlədərək, təxribat xarakterli hərəkətlər edərək, provokativ davranış nümayiş etdirib. Üstəlik, o, bunu məhz Ermənistan-Azərbaycan şərti sərhədində AB missiyasının olmasına görə edir.
Hadisələrin sonrakı inkişafının günahı erməni tərəfinin üzərinə düşəcək. Bundan sonra Ermənistan tərəfinin təxribata nə üçün yol verməsinin - ER silahlı qüvvələrinin sıralarında nizam-intizamla bağlı dəhşətli vəziyyətə görə və ya bunun ilkin primitiv plan olub-olmaması artıq xüsusi əhəmiyyət kəsb etməyəcək. Və AB missiyasının müşahidəçiləri Nikol Kidman və Tom Kruzun baş rollarda çəkildiyi məşhur Stenli Kubrikin filminin başlığına tamamilə uyğun gələn davranışları dayandırmalıdırlar. Erməni təxribatları davam edərsə, məsuliyyət onların üzərinə düşəcək”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər