ABŞ Dövlət katibi Marko Rubio Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışdıqdan bir neçə saat sonra Vaşinqtonda səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Paşinyan telefon zəngi ilə Fidanı qabaqlamaq istəyib.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun fikrincə, Paşinyanın Rubio ilə telefon danışığında Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə bağlı razılaşmanı müzakirə etdiyi haqda məlumat yayılsa da, İrəvanla Ankara arasında dialoq barədə müzakirə aparıldığı da istisna deyil:
“Türkiyə-Ermənistan sərhədi martin 31-nə qədər açıq qalacaq. Mümkündür ki, Paşinyan Rubiodan xahiş edib ki, dövlət katibi bu mövzuyla bağlı türkiyəli həmkarıyla geniş fikir mübadiləsi aparsın. Paşinyanın istəyi odur ki, Vaşinqton Ankaraya təsir edərək, Türkiyə-Ermənistan sərhədinin daimi əsasda açıq qalmasına nail olsun. Ankara Bakı ilə koordinasiyanı davam etdirir, bu səbəbdən sərhədin martin 31-dən sonra da açıq qalması üçün Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması vacibdir”.
“Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
- Putin Mehriban Əliyevanı təbrik etdi
- “Gedişhaqqını 1 manat etmək olar” - Azərbaycanda nəqliyyat xərci niyə yüksəkdir?
- Qriqoryan Bakı ilə razlaşmalar barədə Şoyquya məlumat verdi
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident