"Bank kartını icarəyə ver, 5000 manat qazan" kimi elanlar artıq sosial şəbəkələrdə tez-tez qarşımıza çıxır.
Məlum məsələdir ki, heç kim qarşılıqsız pul verməz. Burada bir sual ortaya çıxır. Bank kartını icarəyə götürən şəxslər ondan hansı məqsədlər üçün istifadə edə bilərlər?
İT mütəxəssisi Əmrah Mövsümzadənin sözlərinə görə, insanların hesablarını başqalarına icarəyə vermələri onların şəxsi məlumatlarının kibercinayətlər zamanı istifadəsinə səbəb ola bilər:
"Tez-tez müşahidə olunur ki, vətəndaşların şəxsi informasiyaları təhlükəli proseslərdə istifadə edilir".
Hüquqşünas Hikmət Əliyev isə bildirib ki, əgər hər hansı şəxs bank kartını və ya ona bağlı olan mobil tətbiqi könüllülük əsasında başqa bir şəxsin istifadəsinə verirsə, burada hüquqazidd davranış yoxdur:
"Əgər həmin bank kartı vasitəsilə hər hansı cinayətin törədilməsi nəzərdə tutulub və vətəndaş bunu bildiyi halda kartını təqdim edibsə, onun da əməlində cinayət tərkibi var. İşin hallarından asılı olaraq kart sahibi cinayət məsuliyyətinə cəlb edilə bilər".
Ətraflı Baku TV-nin süjetində:
- Guya Bakı və Təl-Əviv razılaşıb: bu feykin məqsədi...
- İsrail Ərdəbili “vurdu”, İran kanalları isə Bakını... - Video
- Təbrizdə SEPAH-ın raket bazası məhv edildi - Video
- ABŞ İrana qarşı savaşa qoşula bilərmi? - Ekspert
- İrana açıq dəstək verən bir ölkə var: ancaq arxasında duran...
- Tehrandan Bakıya uzanan Kamangir oxu: Cəmi 2 gün öncə...
- Ermənistan buna hörmətlə yanaşmalıdır - Prezident
- Solovyov Azərbaycanla bağlı yenə sərsəmlədi