Daha əlverişli biznes mühiti, Ermənistanla sülhə, regional təhlükəsizliyə nail olmaqla, sərhədlərin, bu yolla yeni iş yerlərinin açılmasına çalışmalıdır. Regionun daha sıx iqtisadi inteqrasiyası və azad ümumi bazar yaradılması üçün təşəbbüslərlə çıxış etməliyik.
BUTA.TV xəbər verir ki, bu sözləri ƏHD Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət vəkili qeyd edib ki, Azərbaycan üzərindən Rusiyadan İrana qaz kəmərinin çəkilməsinə razılıq verdiyimizdən, tələb etməliyik ki, Rusiya və İran da Türkmənistandan Azərbaycana Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə mane olmasın:
“Türkiyə və Azərbaycan Xəzərin dibi ilə dəmir və avtomobil yolunun çəkilməsi barədə müzakirələr açmalıdırlar. İqtisadiyyatın sürətli inkişafı üçün dövlət sektoru özəlləşdirilməli, bürokratik əngəllər aradan qaldırılmalı, qanunun aliliyinin təmin olunması istiqamətində əlavə işlər görülməlidir”.
- Hacıbəyli “radikal müxalifət”ə necə rahat “transfer” edildi?
- Belqrad-Bakı birbaşa uçuşlarının açılış tarixi açıqlandı
- Nikol Rusiyadan Azərbaycanla bağlı bunu xahiş etdi
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır