"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Türkiyə millisinin futbolçusu Arda Güler üçün tərif dolu ifadələr işlədib.
BUTA.TV "Haber Global"a istinadən xəbər verir ki, İspaniya La Liqasının 29-cu turunda keçirilən olduqca həyəcanlı qarşılaşmada "Real Madrid" doğma meydanda qəbul etdiyi "Leqanes"i 3-2 hesabı ilə məğlub edib.
Ancelotti matçdan sonra təşkil edilən mətbuat konfransında açıqlama verib. Təcrübəli məşqçi Gülerin oyundakı çıxışından razı qaldığını bildirib.
"Yaxşı oynadı və səviyyəsini göstərdi. Topu çox yaxşı yönləndirir və oyunu çox yaxşı oxuyur. Komandada bizim hücumçular qədər parlamasa da, daha çox faydalı idi", - deyə o qeyd edib.
Xatırladaq ki, qarşılaşmaya ilk 11-də başlayan Ardanı matçın 62-ci dəqiqəsində Rodriqo əvəzləyib.
- Bakı və Lənkəranın bəzi ərazilərində işıq olmayacaq
- Bakının üç rayonunda qaz olmayacaq
- Bu ölkənin Azərbaycanda səfirliyi açıldı
- Hamının gözünün ekranlarda olduğu anlar - Fotolar
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla