Azərbaycanda həbsdə olan ukraynalı kriminal avtoritet, "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin və Ukrayna müdafiə sənayesi nazirinin Avrasiya məsələləri üzrə sabiq müavini Kuçer Konstantin Antonoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi prosesdə Kuçer Konstantinin vəkili vəsatətlə müraciət edib.
Vəkil vəsatətlərdən birini əsaslandırarkən bildirib ki, ibtidai istintaq zamanı 12 vəsatət təqdim ediblər. Lakin bu vəsatətlərin təmin olunub-olunmaması barədə onlara heç bir məlumat verilməyib.
Müdafiəçi bu məsələnin aydınlaşdırılması üçün istintaq orqanına sorğu göndərilməsini xahiş edib.
Vəkil qeyd edib ki, mövcud sənədlərə əsasən, “Aviazapçast” ASC-də 7 milyon 800 min avro məbləğində əməliyyat həyata keçirilib. Onun sözlərinə görə, bu vəsait Kuçer Konstantinin şirkətə ödədiyi məbləğə uyğundur. Müdafiəçi maliyyə sənədlərinin əldə olunması üçün sənədlərin tədqiqi mərhələsinin təxirə salınmasını istəyib.
Proses zamanı hər iki təqsirləndirilən şəxsin vəkili Babək Plazada baş verən hadisənin görüntülərinin əldə olunması, eləcə də zərərçəkmiş şəxsə Yeni Klinikada aparılan rentgen müayinələri ilə bağlı sənədlərin təqdim olunması üçün birgə vəsatət veriblər.
Məhkəmə olunan məsələlər üzrə 3 vəsatət təmin edib.
Sonra təqsirləndirilən şəxslərin vəkilləri müvvəkilinin barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün yenidən vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.
Növbəti məhkəmə prosesi aprelin 18-nə təyin edilib.
- Bu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi
- Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
- Arutyunyan Şuşanın işğalı əməliyyatından danışdı: Guya...
- Balasanyandan Putinə: Kömək et, Qarabağa qayıdaq!
- Moskvada parad vaxtı Netanyahu və Ərdoğanın Bakıya gəlişi...
- Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?
- 44 günlük savaş: erməni generallar əsgərləri belə öldürüb - Video
- Nikolun Minsk qrupu gedişi: Məqsəd Bakıya təzyiqdir…