Bəzi sosial media mənbələri tərəfindən, Azərbaycanda məhkəmə prosesləri davam edən Qarabağdakı keçmiş qondarma erməni administrasiyasının üzvləri ilə bağlı Nazirliyimiz tərəfindən verildiyi iddia edilən açıqlama həqiqəti əks etdirmir.
BUTA.TV xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
“Biz ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan bu cür əsassız yazıları pisləyirik. Nazirliyimizin rəsmi açıqlamalarını bu link vasitəsilə əldə etmək olar”, - deyə vurğulanıb.
Qeyd edək ki, bir sıra erməni sosial media hesablarında Türkiyə Xarici İşlər Nazirliyinə aid olduğu iddia edilən feyk xəbərlər yayılıb.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!