8 aprel tarixindən etibarən Türkiyədən limon ixracı müvəqqəti olaraq dayandırılacaq.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin Ticarət Nazirliyi sitrus meyvələrinin yığıldığı bölgələrdə əlverişsiz hava şəraiti və daxili tələbatın qorunması zərurəti ilə izah edib.
Aralıq dənizi İxracatçılar Assosiasiyasının statistikasına görə, 2024-cü ildə Türkiyədən xarici ölkələrə ümumilikdə 1 milyon 639 min ton sitrus meyvəsi ixrac olunub. Bu ixrac ölkəyə 1 milyard 46 milyon 128 min dollar gəlir gətirib.
2024-cü ildə ixrac olunan sitrus meyvələrinin əsas alıcısı Rusiya olub – bu ölkəyə göndərilən məhsulların dəyəri 375 milyon dollar təşkil edib. İkinci yerdə 197 milyon dollarlıq idxal ilə İraq, üçüncü yerdə isə 108 milyon dollarla Ukrayna gəlir.
Qeyd edək ki, Azərbaycan il ərzində xaricdən 20 min ton civarında limon alır. Bu ölkələr arasında Türkiyə də var.
- UNDP-nin Azərbaycandakı fəaliyyəti başa çatdı
- Bunları antiteror əməliyyatlarında gördük - Eyvazov
- Vyetnam lideri Azərbaycana gəlir
- Zelenski Trampdan istədiyini aldı: Putini düşündürən məqam...
- Ukraynanın bu sazişdən qazancı nə olacaq?
- Bu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi
- Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
- Arutyunyan Şuşanın işğalı əməliyyatından danışdı: Guya...