Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Qurgen Stepanyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən Ermənistan Respublikasının vətəndaşı kimi 2006-cı ildə hərbi xidmətə çağırıldığını, hərbi xidmətini 2 il müddətində Azərbaycan Respublikasının həmin vaxt işğalda olan Füzuli rayonunda çəkdiyini bildirib.
BUTA.TV xəbər verir ki, o, “Ermənistanın Cermux şəhərində yaşayırdım. Məni hərbi xidmətə Ermənistan dövləti çağırmışdı”, - deyib.
Q.Stepanyan xidmət etdiyi hərbi hissədə zabitlər arasında Ermənistan vətəndaşlarının sayca üstünlük təşkil etdiyini də bildirib.
Sonrakı dövrdə “Xocavənd alayı”na qoşulduğunu deyən təqsirləndirilən şəxs xidməti müqabilində bank kartı vasitəsilə maaş aldığını etiraf edib.
Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi aprelin 11-də davam etdiriləcək.
- Hərbçilərimiz Serbiyada təlim keçdi - Foto
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla
- 1 həftə sonra məzun olacaqdı... - Foto
- Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı