İran Prezidenti Məsud Pezeşkian Urmiya gölünün quruması ilə bağlı yerli rəsmilər və mütəxəssislərlə aparılan müzakirələrdə Azərbaycan dilində danışıb.
BUTA.TV Musavat.com-a istinadla xəbər verir ki, barədə İran mediasında məlumat yayılıb.
Məlumata görə, Prezident Pezeşkian daha öncə də Cənubi Azərbaycanın müxtəlif bölgələrindəki yerli idarəçilərlə rəsmi yazışmaları ana dildə – Azərbaycan dilində aparması ilə diqqət çəkib.
Bu addım həm Cənubi Azərbaycan əhalisi, həm də dil hüquqları uğrunda mübarizə aparan çevrələr tərəfindən müsbət qarşılanıb və ölkə rəhbərliyi səviyyəsində Azərbaycan dilinə verilən dəyərin göstəricisi kimi qiymətləndirilir.
Qeyd edək ki, Urmiya gölünün quruması son illərdə bölgədə ciddi ekoloji və sosial problemlərə səbəb olub. Hazırda gölün xilas edilməsi istiqamətində müxtəlif layihələr müzakirə olunur.
- Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...
- İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video
- Bakıda tikntinin istinad divarı çökdü- Sakinlər təhlükədə
- Mahmud Əhmədinejat Tehranda güllələndi
- Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani
- Zəngəzur dəhlizini unudun... - Simonyan
- Peskov Azərbaycana təşəkkür etdi
- “Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq