Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Ukraynanın səfiri Yuri Qusev sosial şəbəkədəki hesabında paylaşım edib.
Ukraynanın Sum şəhərinə raket hücumu nəticəsində həlak olanlar ilə bağlı elektron matəm kitabı da açılıb.
"Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində eləcə də, dünya üzrə xarici diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, daha 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk", - o qeyd edib.
Səfir vurğulayıb ki, elektron matəm kitabı aprelin 14-15-də açıq olacaq. Başsağlığı ilə bağlı [email protected] ünvanına elektron məktub göndərilə bilər.
Qeyd edək ki, aprelin 13-də səhər saatlarında Rusiyanın Ukraynanın Sum şəhərinin mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində 30-dan çox insan həlak olub.
- Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...
- İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video
- Bakıda tikntinin istinad divarı çökdü- Sakinlər təhlükədə
- Mahmud Əhmədinejat Tehranda güllələndi
- Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani
- Zəngəzur dəhlizini unudun... - Simonyan
- Peskov Azərbaycana təşəkkür etdi
- “Azərbaycan” məhəlləsi bu tarixdə açılacaq