Ötən həftə Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə ilk dəfə olaraq vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün hərrac keçirildi və 1 milyard manat həcmində vəsait 4 yerli sistem əhəmiyyətli bankda yerləşdirildi.
Bu sözləri BUTA.TV-a açıqlamasında Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Piriyev büdcə vəsaitlərinin ilk dəfə olaraq yerli banklarda depozit şəklində yerləşdirməsi ilə bağlı sorğunu cavablandırarkən bildirib.
Nazirlik rəsmisinin sözlərinə görə, depozit hərraclarının keçirilməsinin məqsədi dövlət büdcəsinin sərbəst qalığının effektiv idarə edilməsi ilə büdcəyə əlavə gəlir formalaşdırmaqdır:
“Aprelin 11-də baş tutmuş depozit hərracında 3 ay müddətinə vahid xəzinə hesabının 1 milyard manat məbləğində sərbəst qalığının depozitə yerləşdirilməsindən müddətin sonunda Maliyyə Nazirliyinin 18 milyon manatdan çox faiz gəliri əldə edəcəyi gözlənilir”.
O qeyd edib ki, vahid xəzinə hesabının qalığında sərbəst vəsaitlər olduqda banklara depozitə yerləşdirilməsi təcrübəsi bundan sonra da davam etdiriləcəkdir:
“Depozit yerləşdiriləcək vəsaitin həcmi depozit hərracının keçiriləcəyi tarixə vahid xəzinə hesabının sərbəst qalığına uyğun müəyyən olunacaq”.
Qeyd edək ki, Sahil Babayev 6 fevral 2025-ci ildə maliyyə naziri təyin edilib. Büdcənin sərbəst qalığından istifadə ilə dövlətə əlavə qazanc gətirmək təşəbbüsü yeni nazirə məxsusdur və ekspertlər tərəfindən təqdir edilir.
- İrana planlaşdırılan zərbələrin ləğv olunduğunu açıqladı
- Axundzadə: ruslar bundan şoka düşmüşdü... - Video
- Azərbaycan dövlətçiliyinin xilası… - Kamal Abdulla
- 1 həftə sonra məzun olacaqdı... - Foto
- Baş Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir