Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallager Zəngəzur bölgəsinə səfər edib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, britaniyalı diplomat Ermənistanda “Sünik (Zəngəzur) qubernatoru” olan Robert Qukasyanla görüşüb.
Görüşdə regional inkişaf və əməkdaşlıq məsələləri müzakirə edilib. Regionda təhlükəsizlik məsələsinə də toxunulub.
Qallager X hesabında səfərlə bağlı qeydlərini paylaşıb. Bildirib ki, regionda davamlı sülh və sabitlikdə yeni səhifə açılacağına ümid edir.
“Sülh və təhlükəsizlik bu dinamik regionun potensialından tam istifadə etməyin açarıdır. Mən onları əmin etdim ki, Böyük Britaniyanın dəstəyi davam edəcək”, - o bildirib.
Ermənistanın “Fakt” saytı yazır ki, britaniyalı diplomatın Zəngəzura səfəri yeni proseslərdən xəbər verir.
“Azərbaycanın böyük dostu olan bir ölkənin səfirinin Sünikə (Zəngəzur) səfəri yaxşı heç nə vəd etmir”, - sayt iddia edib.
Böyük Britaniya Zəngəzur dəhlizinin açılmasında maraqlı ölkələrdən biridir. 44 günlük müharibədən sonra Zəngəzur bölgəsi geosiyasi mübarizə meydanına çevrilib, xüsusilə regionda marağı olan ölkələrin bu bölgədə fəaliyyətləri diqqət çəkir.
- Tokayev Qəbələyə gəldi, Əmrullayev qarşıladı - Foto
- Naxçıvana gediş-gəliş 99 il belə olacaq - Atanesyan
- İrəvan 44 günlük müharibəni arxivləşdirdi
- Ukrayna zəif nöqtələri tapdı: 4 gündür ardıcıl vurur!
- Gəncəyə raket zərbələri: sənədlər elan edildi
- Türk liderlər Qəbələdə toplaşır: mühüm qərar ola bilər
- Şirəliyev öldü, Musayevin yola salınacağı xəbəri yayıldı – Niyə?
- Tramp Azərbaycanın qardaşı ilə birləşdi - Loqinova