Azərbaycan Respublikası ilə əməkdaşlıq üçün yaxşı imkanlar, fürsətlər və əsaslar mövcuddur.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərdən öncə açıqlamasında bildirib.
“Biz İran, Azərbaycan Respublikası və Rusiya arasında ticarət, elmi, iqtisadi məsələləri, tranzit yollarını müzakirə edəcəyik", - Prezident söyləyib.
Onun sözlərinə görə, bu səfər dost və qardaş ölkə Azərbaycan Prezidentinin rəsmi dəvəti ilə həyata keçirilir: “Biz həmçinin Azərbaycandakı yaxınlarımızla görüşməkdə maraqlıyıq".
Prezident əlavə edib ki, bu səfər çərçivəsində iş adamları, sənayeçilər və alimlər Azərbaycandakı tərəfdaşlarıyla danışıqlar aparacaq, əlaqələri genişləndirməyə çalışacaq:
“İki ölkə dərin tarixi, mədəni və mənəvi bağlara malikdir. Mən ümid edirəm ki, bu mübadilələr ölkənin bütün sahələrdə inkişafına, böyüməsinə səbəb olacaq. Biz ümumi təcrübəmizi bir-birimizlə bölüşə biləcəyik".
İranın Prezidenti qeyd edib ki, səfər zamanı təcrübə mübadiləsi, ticarət və iqtisadiyyata birgə sərmayə qoymaq üçün imkan əldə ediləcək: “Biz birgə dəhlizlərə sərmayə qoymuşuq".
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian bu gün Azərbaycana səfərə yola düşüb.
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu