İranın Ədliyyə Orqanı Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən terrorçunun edam edilməsi ilə bağlı bütün zəruri hazırlıqların tamamlandığı haqda məlumat yayıb.
Ədliyyə Orqanının sözçüsü Əsgər Cahangir məhkəmənin qisas (edam) hökmünü icra etməyə hazır olduğunu açıqlayıb.
Açıqlamada diqqətçəkən məqam edam hökmünün indiyə qədər icra edilməməsinin səbəbi haqda deyilənlərdir.
Əsgər Cahangir bildirib ki, ölkədə təsdiq edilmiş və qüvvəyə minmiş qanuna əsasən hökmün icrası üçün valideynlər və ya onların vəkilləri qisas tələbi ilə bağlı Məhkəmə Sisteminə müraciət etməli və ya hökmün icrası günündə iştirak etməlidir.
“İndiyə kimi nə valideynlər, nə də onların vəkilləri hökmün icrası üçün bizə müraciət etməyiblər. Odur ki, Məhkəmə Sisteminin tam hazır olmasına və yuxarıda qeyd olunan hökmdə müşahidə olunan hüquqi prosesə baxmayaraq, bu hökm hələ də icra olunmayıb”, - o deyib.
Pezeşkianın səfəri zamanı Bakıda İran prezidentinin qarşısında qoyulacaq ilk məsələlərdən biri terrorçunun edam edilməsi hökmü olacaq və bu məsələ rəsmi Bakının Tehranla münasibətlərin gələcəyinə yanaşmasına təsir edəcək. Bunu anlayan Tehranın Pezeşkianın səfərindən bir gün öncə “hökmün icrasına tam hazırıq” açıqlaması Azərbaycanı sakitləşdirməyə və İran prezidentinin Bakıda cavab manevrini genişləndirməyə hesablanıb. Və hökmün icra edilməməsinin səbəbi kimi “öldürülən şəxsin (səfirliyin əməkdaşı) valideyni, yaxud vəkilinin İrana müraciət etməməsi” göstərilməklə yeni “bəhanə” irəli sürürlər.
İstisna deyil ki, Bakıda Pezeşkiana bu məsələ ilə bağlı Azərbaycan dövlətinin mövqeyi birbaşa təqdim ediləcək. Lakin hökmün icra edilməsi hələ də sual altındadır, çünki hücumun arxasındakı İran isteblişmenti bunda maraqlı deyil və məsələ Pezeşkianın səlahiyyətlərini aşır.
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir