Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşa rayonunun işğalı ilə bağlı Ermənistan silahlı qüvvələrinin general-polkovniki Qurgen Dalibaltayanın (1926-2015) qeydləri yer almış videomaterial nümayiş etdirilib.
BUTA.TV xəbər verir ki, Q.Dalibaltayan Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sərkisyanın (Ermənistanın keçmiş prezidentləri – red.) iştirak etdiyini bildirib.
O vurğulayıb ki, Şuşa əməliyyatının əhəmiyyəti çox böyük idi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikası vətəndaşlarının məhkəməsi davam etdirilir.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!