İran ilə Azərbaycan arasında neft və qaz sahəsində əməkdaşlıq davam edir. İki ölkə arasında neft yataqları sahəsində və strateji səviyyədə əməkdaşlıq üçün yaradılan işçi qrupu fəaliyyətini davam etdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri İran İslam Şurası Məclisinin Enerji komitəsi sədrinin müavini Ramazan Əli Sangdevni İRNA agentliyinə verdiyi açıqlamada deyib.
O bildirib ki, dünya iqtisadiyyatında enerjinin əhəmiyyətli rolunu nəzərə alaraq, qonşu ölkələr arasında əməkdaşlıq əlaqələrini artırmaq perspektivdə hər iki dövlətin inkişafına mühüm təsir göstərə bilər.
“İran azərbaycanlı sərmayədarları həvəsləndirib ölkəyə cəlb edə bilər, sərmayə yatırmaları üçün imkanlar yaradar ki, bu da dövlətlər arasında enerji, emal sənayesi, turizm, yeni texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat və tranzit sahələrindəki əməkdaşlıq əlaqələrini daha da artırar”, - o qeyd edib.
Sangdevni vurğulayıb ki, hər iki ölkə Xəzər dənizinin sahilində yerləşdiyi üçün dənizçilikdə, dəniz ticarəti sahələrində də qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurula bilər. Bu, tərəflər üçün olduqca faydalıdır:
“Prezident Pezişkianın siyasətinin əsasında qonşu dövlətlərlə yaxın əməkdaşlıq əlaqələri qurub, sərhədyanı regionları inkişaf etdirmək, ticarəti tənzimləmək dayanır. Bu baxımdan Azərbaycan mühüm qonşu dövlətdir. Azərbaycanın iqtisadi potensialı var və İranın Ərdəbil, Qərbi və Şərqi Azərbaycan ostanlıqları ilə (vilayətlərinə) idxal-ixrac əməliyyatlarını artırmaq olar”.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin fəaliyyətinə toxunan İran parlamentinin üzvü bildirib ki, hər iki dövlət dəmir yolu vasitəsilə Fars körfəzi və Avropa arasında körpü rolunu oynaya bilər.
- Zelenski Trampdan istədiyini aldı: Putini düşündürən məqam...
- Ukraynanın bu sazişdən qazancı nə olacaq?
- Bu tibb müəssisələri Səhiyyə Nazirliyinin tabeliyinə verildi
- Qaradağlı faciəsi ilə bağlı sənədlər məhkəmədə tədqiq olundu
- Arutyunyan Şuşanın işğalı əməliyyatından danışdı: Guya...
- Balasanyandan Putinə: Kömək et, Qarabağa qayıdaq!
- Moskvada parad vaxtı Netanyahu və Ərdoğanın Bakıya gəlişi...
- Çin Pakistanı seçdi, Modi Rusiyadan imtina etdi - Nə olacaq?