Hər iki halda da itki verən tərəf Ukrayna olacaqdı. İstər İstanbul anlaşmasında, istərsə də indiki danışıqlarda Ukraynanın qarşısına qoyulan tələb itirdiyi vilayətlərlə barışmalı idi. Bu da atəşkəs şəklində ola bilərdi. Ən azından müvəqqəti atəşkəs kimi olsa belə həmin ərazilər Rusiyada qalmalı, həmçinin, Krımın Rusiya tərkibində olmasını tanımalı və danışıqlara getməli idi. Ukraynaya təklif olunan bu idi.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev 2022-ci ildə İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları ilə indiki danışıqları müqayisə edərkən deyib.
“Türkiyə danışıqlar üçün çox çalışdı? ancaq Böyük Britaniya buna qarşı çıxdı. Boris Consonun müdaxiləsi ilə Ukrayna Prezidenti Vladimir Zelenski bu danışıqlardan geri çəkildi.
Nəzərinizə çatdırım ki, Rusiya isə indiyə qədər daha çox ərazini ələ keçirib və İstanbul danışıqları gedən dövrdə Rusiyanın hərbi üstünlüyü daha çox görünürdü. İndiki halda isə Ukraynanın Kurska çıxması və müqavimət göstərməsi Rusiyanın həmin dövrdəki gücünün şişirdildiyini göstərir.
İndiki şərtlər əvvəlkindən daha ağırdır. Eyni zamanda, məsələ təkcə müharibə şərtləri deyil, Ukraynanın müharibə gedişatında itirdikləridir. Ukrayna bu gedişatda yüzminlərlə insan itirdi, infrastrukturu dağıdıldı, ölkənin əsas sənaye bazası olan Donbas daş kömür zavodu dağıdıldı və ölkənin iqtisadi aktiv hissəsi parçalandı. Həmçinin, ölkədə vətəndaşların sayı kəskin azaldı və çox güman ki, ölkəni tərk edən şəxslər geri qayıtmayacaq ki, bu da ölkənin boşalması deməkdir.
Müharibə dayansa, Ukraynaya kifayət qədər yardımlar edilsə belə iqtisadiyyatını əvvəlki kimi bərpa edə bilməyəcək. Bunlar geri dönməz itkilər hesab olunur. Əgər İstanbul danışıqlarında Ukrayna razılığa gəlsə idi bu itkilərin qarşısını ala bilərdi.
Qeyd edim ki, əvvəlki döyüş şərtləri ilə indiki şərtlərin arasında elə də çox dəyişiklik yoxdur. Demək olar ki, döyüş şərtləri eynidir. Belə halda isə Ukrayna əgər əvvəl-axır şərtlərlə razılaşacaqdısa, vaxtında danışıqlara getməməsinin səbəbi ilə bağlı suallar yaranır”, - politoloq bildirib.
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir