Ötən gün Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkianı Tehrandan gələn böyük nümayəndə heyəti müşayiət edib.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, Məsud Pezeşkianı Bakı səfərində müşayiət edən nümayəndə heyətində onun qızı Zəhra Pezeşkian da olub.
Xatırladaq ki, Pezeşkianın həyat yoldaşı uzun illər öncə dünyasını dəyişməsi səbəbindən İranda keçirilən prezident seçkiləri zamanı da onun qızı Zəhra Pezeşkian müşayiət etmişdi.
Zəhra Pezeşkian digər xarici səfərlərdə də atasının yanında olub.
Qeyd edək ki, Məsud Pezeşkianın 3 övladı var – oğlanları Mehdi və Yusif, qızı Zəhra.
- “Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq” - Video
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu