İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana çoxdan gözlənilən səfəri, nəhayət, baş tutub və Arazın hər iki tayında geniş diqqət və marağa səbəb olub.
BUTA.TV xəbər verir ki, bu barədə "Azad İran" Yutub kanalında yayımlanan videosüjetdə qeyd olunub.
Bildirilib ki, İranın rəsmi mediası səfəri əsasən müsbət yöndən təhlil və təqdim edib, onu iki ölkə arasında münasibətlərdə yeni səhifənin açılması kimi dəyərləndirib:
"Bununla belə, Pezeşkianın Bakı səfərindən, onun Azərbaycan Prezidenti ilə son dərəcə səmimi ünsiyyətindən, eləcə də səfərin ayrı-ayrı epizodlarından narahat olanlar və bunu gizlədə bilməyənlər də oldu. Məsələn, səfər bitər-bitməz Tehran İnstitutu adı ilə tanınan beyin mərkəzi "Pezeşkianın Bakı səfəri Cənubi Qafqazda güc disbalansı kontekstində" başlıqlı təhlil dərc edib. Anti-Azərbaycan və antitürk mövqeyin ifadəsi olan bu məqalədə İran hökumətinə təklif də verilərək yazılıb: "İran İslam Respublikası Cənubi Qafqazda nüfuzlu güclərdən biri kimi regionda tarazlığın yaradılmasında mühüm rol oynayır. İsrail Azərbaycan Respublikasında təsirini artırmaqla "qarşılıqlı ərazi işğalı" strategiyası çərçivəsində İranla həmsərhəd olan aktorları təhlükəsizlik tənliyinə daxil etməyə çalışır. Ona görə də təklif olunur ki, hazırkı səfər başa çatdıqdan sonra qısa müddət ərzində prezidentin İrəvana səfəri həyata keçirilsin. Həmçinin təklif edilir ki, Tehran və İrəvan arasında 2021-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə arasında imzalanmış "Şuşa Bəyannaməsi"nə bənzər bəyannamə imzalansın".
Məqalədən aydın olur ki, Məsud Pezeşkianın tez bir zamanda Ermənistana səfər etməsinə və İranla Ermənistan arasında müttəfiqlik bəyannaməsi imzalamasına dair çağırış Ehsan Fəllahi adlı müəllifin Mehri koridoru adlandırdığı Zəngəzur dəhlizinin gerçəkləşməsi ilə bağlı narahatlığından qaynaqlanır".
Ətraflı süjetdə:
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər
- Çin Rusiyanın parçalanmasına hazırlaşır: Bu torpaqları alacaq!
- Hərbi Hava Qüvvələrinin döyüş fəaliyyəti yoxlanıldı
- Azərbaycan-Türkiyə Hərbi Dialoq İclası keçirilir