İsrail Baş naziri Netanyahunun Azərbaycana uzunmüddətli səfəri Bakının ciddi diplomatik irəliləyiş əldə etməsidir.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Hrant Mikaelyan yerli mediaya müsahibəsində Netanyahu (7-11 mayda) və Türkiyə lideri Ərdoğanın (10 mayda) Bakıya gözlənilən səfərini şərh edərkən deyib.
“Unutmaq olmaz ki, təxminən bir ay əvvəl ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff Azərbaycanda olub və o, müsahibəsində məşğul olduğu üç münaqişədən, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edib. Digər tərəfdən, bu yaxınlarda İran prezidenti, əslən azərbaycanlı Məsud Pezeşkian da Bakıda idi və o, Bakıda özünü evdəki kimi hiss etdiyini bildirdi”, - o vurğulayıb.
Mikaelyanın fikrincə, Azərbaycan ABŞ-ın yeni administrasiyası ilə münasibətlər qurur və bu məsələdə İsrail yardımçı olur:
“Eyni zamanda, Azərbaycan Türkiyə ilə İsrail arasında münasibətləri yaxşılaşdırmaq istəyir və bu yaxınlarda Ankara ilə Təl-Əviv arasında görüş Bakıda keçirildi. Ona görə də Ərdoğan və Netanyahunun Azərbaycana gəlişinə bu kontekstdə baxmaq lazımdır. Netanyahu da öz növbəsində Ankara ilə münasibətlərini yaxşılaşdırmaq istəyir”.
Azərbaycan liderinin parallel olaraq 9 mayda Moskvada parada da qatılacağını xatırladan erməni politoloq etiraf edib ki, Azərbaycan diplomatik problemlərini çox uğurla həll edir, nailiyyətləri var və irəliləyir, müəyyən beynəlxalq missiyanı öz üzərinə götürür.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!