ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları 1955-ci ildə Bakıda olarkən iki UNO görüblər.
BUTA.TV xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev Böyük Britaniyanın “Deyli Meyl” qəzetinə istinadən yazıb.
“1955-ci il oktyabrın 4-də SSRİ-də olan MKİ əməkdaşları Bakı yaxınlığında qatarla gedərkən qeyri-adi hadisənin şahidi olublar. MKİ əməkdaşlarının diqqətini demək olar ki, şaquli olaraq uçan disklərə və ya uçan boşqablara bənzəyən iki qəribə cihaz cəlb edib.
Sənədlərdə deyilir ki, UNO-lar təxminən iki kilometr hündürlüyə qalxıb, sonra qəfil sürətlənib, sürətlə qatarın üstündən uçub və gözdən itiblər.
Eyni zamanda sənəddə deyilir ki, hər iki naməlum “uçan disk” fırlanır və qığılcım və alov kimi bir şey buraxırdı. Amerikalıların dediyinə görə, qatarın bələdçiləri çox həyəcanlandılar və bütün pəncərələri bağladılar", - yazıda qeyd olunub.
- İstifadəçiləri aldadan saxta "CAPTCHA" səhifələri yayıldı
- Dövlətə borcu olan milyonlarla manatlıq şirkətlər ləğv edilir
- Bu ərazilərdə qaz olmayacaq
- Qusardakı torpaq sürüşməsinin - Anbaan görüntüləri
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq