Həştərxanda səfərdə olan nümayəndə heyəti Heydər Əliyevin adını daşıyan parkı ziyarət ediblər.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Milli Məclisin deputatı Elman Nəsirov, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Ulu öndərin parkda yerləşən abidəsi önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, Rusiya tərəfinin dəvəti və Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdədirlər.
Xatırladaq ki, nümayəndə heyətinə daxil olan deputat Azər Badamovun Rusiyaya girişinə icazə verilməyib. Qarşı tərəf "təhlükəsizlik məsələləri ilə bağlı" A.Badamovun ölkəyə girişinə icazə verməyib və o, geri qayıdıb. Digər şəxslərin Rusiyaya buraxılmasında problem yaşanmayıb.
- Bu ərazilərdə qaz olmayacaq
- Daha 1700-dən çox şəxs peşə kurslarına cəlb edildi
- Onlar Kamran Əsədovun məhkəməsinə məcburi gətiriləcək
- Qusarda sürüşmə oldu
- İki gün güclü külək əsəcək - Xəbərdarlıq
- Baş nazirdən iclas: bu qurumlara tapşırıqlar verdi
- Yaşayış binasında partlayış: ana xəsarət aldı, övladı öldü
- Göldə iki uşaq boğuldu - Biri babası evinə qonaq gəlibmiş