Ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının Baş naziri Aleksandr Turçin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub.
BUTA.TV xəbər verir ki, bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, əvvəlcə, Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Hissədə şəxsi heyət üçün yaradılmış iş şəraiti və “Fövqəladə hallar uşaqların gözü ilə” yaradıcılıq müsabiqəsinə həsr olunmuş sərgi barədə qonağa məlumat verib.
Sonra Baş nazir A.Turçinə yeni alınmış xüsusi texnikalar təqdim olunub.
Ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini diqqətə çatdıran nazir K.Heydərov Azərbaycan və Belarus arasında sıx əməkdaşlıq münasibətləri zəminində ötən ilin noyabr ayında COP29 iqlim konfransı çərçivəsində yanğın təhlükəsizliyinin təmin edilməsinə cəlb olunmuş Azərbaycan FHN-in ehtiyacları üçün Gəncə Avtomobil Zavodunda birgə yığılaraq Nazirliyə təhvil verilmiş yanğınsöndürmə texnikaları və onların texniki xüsusiyyətləri barədə ətraflı məlumat verib.
- Tramp Azərbaycanın qardaşı ilə birləşdi - Loqinova
- Türkiyə nüvə silahı əldə edib? – Sensasion detallar
- Qonşudan PUA buraxıldı, xəbər etdik, qoşun yeridildi - Qudərzi
- Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?
- Bərdənin raket atəşinə tutulmasından 5 il ötür
- Daur İsmayılov Marneulinin meri seçildi
- Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif
- Cabirin dəfnində bu foto rezonans yaratdı