Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etmiş ilahiyyatçı Hacı Salman Kamiloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“BUTA TV” xəbər verir ki, məhkəmə ilahiyyatçını Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər) maddəsi ilə təqsirli bilib.
Məhkəmədə ifadə verən Hacı Salman azyaşlıya qarşı heç bir pis niyyətinin olmadığını, ona qarşı seksual zorakılıq etmədiyini deyib və buna dair ekspertiza rəyi olduğunu bildirib. Lakin məhkəmədə onun ibtidai istintaqa verdiyi etirafedici ifadə elan edilib. Həmin ifadədə Hacı Salman küçədə gördüyü 11 yaşlı qıza qarşı hisslərinin oyandığını və onun yanağından öpdüyünü, kənara çəkərək digər hərəkətlər etdiyini deyib.
Məhkəmənin hökmü ilə 1988-ci il təvəllüdlü Hacı Salman Kamiloğluna 3 il 9 ay həbs cəzası verilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 22-də saat 19 radələrində Abşeron rayon Masazır qəsəbəsi ərazisində baş verib. İttihama görə, Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb. Növbəti gün Hacı Salman həbs edilib.
- Rəqsanə həbsdə qaldı
- Böyük ehtimalla referenduma gedəcəyik - Paşinyan
- İrəvan bu öhdəliyi götürüb, növbəti tarixi uğurumuzdur…
- Müharibənin dayandırılması ən düzgün addım idi, ancaq…
- Naxçıvanla quru bağlantısı təmin edildi - Prezident
- Prezident açıqladı: Onun da sonu yaxınlaşır…
- Ermənistana verilən silahların qiyməti… - Prezident
- Paşinyandan sülh açıqlaması: Hamınızı təbrik edirəm!