ABŞ Prezidenti Donald Trampın üç ərəb ölkəsinə səfərində onu müşayiət edənlər arasında azərbaycanlı iş adamı Dara Xosroşahi də olub.
BUTA.TV xəbər verir ki, “Uber” şirkətinin baş direktoru olan Xosroşahi Trampın əksər görüşləri və rəsmi ziyafətlərində iştirak edib.
Qeyd edək ki, 56 yaşlı Dara Xosroşahinin ailəsi Təbriz yaxınlığında yerləşən Xosroşah şəhərindəndir. Onlar İran və Yaxın Şərqin ən böyük şirniyyat və şokolat istehsalçısı olan “Minu İndustrial” Qrupunun qurucusu və rəhbəri olublar.
Xosroşahinin ailəsi İranda inqilabdan sonra Fransaya, oradan isə ABŞ-a mühacirət ediblər.
Hazırda ABŞ-ın ən tanınmış iş adamlarından olan D. Xosroşahi Donald Trampın seçki kampaniyasına 1 milyon dollar ianə etmişdi.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub