Bloger Hüseyn Həsənov ona qarşı cinayət işi qaldırılmazdan əvvəl Moskvadakı mənzilini satmağa cəhd göstərib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, o, Rusiyanı tərk etdikdən sonra parkinq yeri olan mənzilini ayda 749 min rubla (1600 manata yaxın - red.) icarəyə verib.
Vergi problemləri ilə bağlı xəbərlərdən sonra bloger mənzili 100 milyon rubla (iki milyon manatdan çox - red.) satışa çıxarıb.
H.Həsənov daşınmaz əmlaka alıcı tapa bilməyib, lakin "Rolls-Royce Cullinan" markalı avtomobilini satıb. Blogerin 124 kvadratmetr sahəsi olan üç otaqlı mənzili "Moskva-Siti" ərazisində yerləşir.
Xatırladaq ki, Rusiyada H.Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Blogeri 7 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub