Polşa gömrük orqanları İspaniyadan Azərbaycana göndərilən və Belarusla Rusiya üzərindən tranzitlə daşınan "Boinq" (Boeing) təyyarələri üçün nəzərdə tutulmuş beş ton çəkidə şinləri müsadirə edib.
BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, bu barədə Polşanın Milli Vergi Administrasiyası məlumat yayıb.
Bildirilir ki, sözügedən yüklər Avropa Birliyinin sanksiyalarına düşdüyü üçün saxlanılıb.
"Polşanın Koroşin şəhərində yük maşını yoxlanılarkən əməkdaşlar bəyan edilmiş avtomobil və avtobus şinləri əvəzinə, mülki "Boinq" təyyarələrində istifadə olunan xüsusi şinlərin daşındığını müəyyən ediblər", - deyə məlumatda əlavə edilib.
Yükün göndəricisi İspaniyada yerləşən bir şirkət, alıcısı isə Azərbaycandakı şirkət olub. Aşkarlanmış faktla bağlı gömrük saxtakarlığı maddəsi ilə cinayət işi açılıb.
- "Nar" abunəçiləri üçün eSIM nömrələrdə Asan İmza xidməti...
- Göygöldə 2 nəfər göldə batdı
- Paşinyanın partiyasından deputat seçilən Həsənov və qızı...
- Prezident onlara yüksək vəzifə verdi
- Kondisioner işləmədi, “Bakı Bus”da qalmaqal yarandı
- Şəhid övladları üçün “Məzun Günü” tədbiri təşkil olundu
- Bakı metrosu yay qrafikinə keçir
- DSMF-nin xərcləri 3 milyard 440 milyon manat olub