Biz keçən ildən başlayaraq Macarıstana təbii qazın ixracına başlamışıq.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Baş naziri Viktor Orbanla mətbuata bəyanatında bildirib.
“Mən bunu qeyd etdim və Baş nazirin də qeyd etdiyi ki, Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz-resurs bazamın kifayət qədər genişdir və genişlənir. Yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik, 10-u Avropa ölkəsi, onlardan 8-i i isə Avropa Birliyinin üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, nəinki Avropa, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerdədir. Bizim gələcəkdə qaz ehtiyatlarını işlənməsi nəzərdə tutulur”, - deyə dövlət başçısı vurğulayıb.
- Gec-tez təklifimizlə razılaşmağa məcbur olacaqlar - Əliyev
- Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik
- Macarıstanla Azərbaycanın oxşarlığı... - Prezident sadaladı
- Nə zaman çətinliklə üzləşsək, Əliyevi yanımızda görmüşük
- III Çarlz İlham Əliyevi təbrik etdi
- Mirziyayev Azərbaycanla bağlı mühüm qanunu imzaladı
- Əliyev zalda olanda Makron ikinci liqada oynayır...
- Hüseynə yarım milyonluq iddia qaldırıldı