Zəngəzur dəhlizi ilə bağlı məsələdə İranı narahat edən “maneəsiz keçid” terminidir.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib.
Ekspert dəhlizlə bağlı avqustun 8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılaşmanın İran üçün qeyri-müəyyən qaldığını bildirib:
“SEPAH Zəngəzurun “Trampın muzdluları üçün məzarlığa çevriləcəyini” bəyan edib. Amma Prezident Pezeşkian və kabineti sərt ritorikadan istifadə etməməyə çalışaraq, radikal qiymətləndirmələri şişirdilmiş hesab edir.
İran üçün qeyri-müəyyənliyin əsas elementi layihənin təfərrüatlarıdır. Bunlar Azərbaycan, Ermənistan və ABŞ nümayəndələrinin iştirakı ilə işçi qrup tərəfindən hazırlanmalıdır. İlkin sxemə görə, ABŞ və Ermənistan hüquqi cəhətdən İrəvana tabe olacaq birgə müəssisə yaradacaq. Həmçinin razılaşmada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında “maneəsiz əlaqə” nəzərdə tutulur, amma bu terminin konkret məzmunu hələ açıqlanmır ki, bu da İranı narahat edir”.
S.Tarasov əlavə edib ki, dəhlizin hansı şəkildə idarə olunacağı və nəzarətdə kimlərin iştirak edəcəyi də İranı çəkindirən bir müəmma və naməlumluqdur:
“Tehranın xüsusi diqqəti ABŞ-nin iştirakına yönəlib. Əsas məsələ odur ki, marşrutun idarə olunmasında kimlər iştirak edəcək, onun hansı səlahiyyət və resursları olacaq, hansı real nəzarət mexanizmlərindən istifadə ediləcək - zaman göstərək”.
- Fransanın ölkəmizdəki səfirinin diplomatik fəaliyyəti başa çatdı
- Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
- Əliyevin məktubu oxunanda Sərkisyan başını aşağı saldı...
- Ölkəmiz regional orta güc dövlətinə çevrilib - Bayramov
- Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik... - Prezident
- Təbrizdə 24 yaşlı qadın edam edildi
- Digər ölkələri qazla təchiz edə bilərik - İlham Əliyev
- O, mənim kimi eyni qanı daşıyır - Prezident