Minsk qrupunun ləğvi Azərbaycan tərəfindən danışıqların ilkin mərhələlərində irəli sürülmüş şərtlərdən biri idi.
BUTA.TV xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.
Ölkə rəhbərinin sözlərinə görə, Azərbaycanın məntiqi bundan ibarət idi ki, Minsk qrupu 1992-ci ildə ATƏM tərəfindən Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı:
"Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın hissəsi kimi tanıdığını və münaqişənin başa çatdığını bildirdiyi halda, Minsk qrupunun hüquqi mövcudluğu absurddur. Əgər onu saxlamaqda israrlı olsalar, bu, onların Qarabağla bağlı hələ də ərazi iddialarının olduğunu göstərir. Bu, mövqeyimizin əsasında dayanan məntiq idi. Ermənistanı anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Hazırda proses artıq başlayıb və bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir".
- Hacıqabulda güclü yanğın başladı - Video
- Bakının bu rayonunda qaz olmayacaq
- Vüqar Behbudov direktoru işdən çıxardı - Yeni təyinat
- Əli Kərimlinin həbs müddəti uzadıldı
- 70 yaşlı kişinin ölümünə eşşək səbəb olub? - Həkim
- Bakıdan bu şəhərə birbaşa reys açılır
- Uşaqların sosial şəbəkədən istifadəsi: Yeni qadağalar...
- Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi...